Konservatoriyanı bitirən bir çox əlaçı tələbələrimiz var. Onlar sonra Bəstəkarlar İttifaqına daxil olurlar. Lakin biz məqalə, nekroloq yazmağa bir nəfər tapa bimirik.
Modern.az xəbər verir ki, bunu Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Musiqi Forumunda "Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində" adlı panel iclasında müzakirə zamanı musiqişünas, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova deyib.
"Rus dilində yazan tələbə, ümumiyyətlə, yoxdur. Azərbaycan bölməsini bitirən gənclərimiz də çox passivdirlər. İnciməsinlər, amma belədir. Özləri də ideyalarla çıxış etməlidirlər. Onu da deyim ki, bəstəkarlar kimi musiqişünaslarımızın da işləri çətindir. Onlar öz işlərini, məqalələrini öz hesablarına dərc edirlər. Halbuki vaxtilə onlar məqalələrini çap etdirərək, televiziyada çıxış etməklə müəyyən qədər maliyyə problemlərini həll edə bilirdilər. Eşitmişəm ki, "Bənövşə" uşaq xoru Aztv-də bağlanıb. Bu xəbərdən çox məyus olmuşam. Bu xordan böyük vokalçılar çıxıblar. Bu xorun bağlanmasına nə gərək var idi? Biz yaradılan gözəl ənənələri qorumalıyıq", - bildirib.