Modern.az

Avstraliya dünya çempionatına ev sahibliyindən imtina etdi

Avstraliya dünya çempionatına ev sahibliyindən imtina etdi

31 Oktyabr 2023, 14:40

Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəmir.

 

Modern.az Avstraliya Futbol Federasiyasının (FFA) rəsmi saytına istinadən xəbər verir ki, qurum sözügedən mundial üçün namizədliyini irəli sürməyəcək.

 

Bildirilib ki, FFA bütün amilləri nəzərə alaraq bu qərarı qəbul edib.

 

Daha əvvəl FIFA Asiya Futbol Konfederasiyası (AFC) və Okeaniya Futbol Konfederasiyasını (OFC) DÇ-2034-ə ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə dəvət edib. Ardınca isə Səudiyyə Ərəbistanı bu mübarizəyə qoşulmaq üçün ali futbol qurumuna müraciət ünvanlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi