Modern.az

Messi “Qızıl top”a layiq deyildi - Tanınmış futbolçudan etiraz

Messi “Qızıl top”a layiq deyildi - Tanınmış futbolçudan etiraz

31 Oktyabr 2023, 15:50

“Messi “Qızıl top”a layiq deyildi”.

 

Modern.az xəbər verir ki, bunu Almaniya millisinin heyətində dünya və Avropa çempionu olan, 1990-cı ildə “Qızıl top”u qazanan Lotar Matteus mükafatın argentinalı futbolçu Lionel Messiyə verilməsinə münasibət bildirərkən deyib.

 

Onun fikrincə, titul İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holanna verilməli idi: “Holann ötən mövsüm Messidən yaxşı oynadı. Mükafatın Messiyə verilməsi onu göstərir ki, dünya çempionatı “Mançester Siti”nin “trebl”indən daha dəyərlidir. Holann bir çox qol rekordlarını qırdı. Mənim üçün onun tayı-bərabəri yoxdur”.

 

Qeyd edək ki, Lionel Messi karyerasında 8-ci dəfə “Qızıl top”a yiyələnib. Erlinq Holann isə səsvermədə ikinci yeri tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi