Modern.az

Karateçilərimiz 4 medalla Vətənə döndülər

Karateçilərimiz 4 medalla Vətənə döndülər

1 Noyabr 2023, 07:54

Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanmış Azərbaycanın kudo üzrə millisi Vətənə qayıdıb.

 

Modern.az-ın məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, Azərbaycan Koşiki Karate-do Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

 

Qeyd edək ki, karateçilərdən -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev, -215 (U-19) kateqoriyasında mübarizə aparmış Sevinc Mövsümzadə və -250 kateqoriyasındakı Elbrus Səmədov qızıl medal əldə ediblər. -230 (U-19) kateqoriyasında qüvvəsini sınamış digər idmançımız Kənan İsmayılzadə isə gümüş medala sahib çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi