Modern.az

Bakıda VII Beynəlxalq bankçılıq forumu keçirilir

Bakıda VII Beynəlxalq bankçılıq forumu keçirilir

İqtisadiyyat

1 Noyabr 2023, 09:32

Bakıda VII Beynəlxalq bankçılıq forumu keçirilir. 


Modern.az xəbər verir ki, forumda maliyyə-bank sahəsində tanınmış şəxslər iştirak edir.

 

Qeyd edək ki, forumun məqsədi qlobal miqyasda bank-maliyyə sektorunda rəqəmsallaşma proseslərinin, innovativ maliyyə texnologiyalarının tətbiqi trendlərinin, bu trendlərin maliyyə inklüzivliyinin artırılmasında rolunun, həmçinin iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı çağırışların və təşəbbüslərin müzakirə edildiyi platforma olmaqdır. 

 

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərarqəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların və digər maraqlı tərəflərin bir araya gəldiyi məkandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI