Modern.az

Ukrayna ABŞ-dan daha çox silah istəyir

Ukrayna ABŞ-dan daha çox silah istəyir

Dünya

1 Noyabr 2023, 10:24

Ukrayna hakimiyyəti Rusiyanın yaxın gələcəkdə döyüş meydanında heç bir uğur qazana bilməməsi üçün ABŞ-dan daha çox silah tədarükü istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.


Məqalədə qeyd olunur ki, Kiyev demək olar ki, hər gün Amerika rəsmilərini silah və hərbi texnika təchizatının həcmini artırmağa çağırır.


"Politico"nun köşə yazarı Lara Seliqmanın qeyd edib ki, keçən həftə yüksək rütbəli Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edib və Vaşinqtondan Ukrayna silahlı qüvvələrinə “dəstək artırmağı” xahiş edib. Onun sözlərinə görə, Kiyev daha çox silah əldə etmək istəyir və Yaxın Şərqdəki hadisələrə görə kənarda qalmaqdan qorxur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…