Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinə yeni təyin olunmuş mətbuat üzrə müşavir Hamid Karadeniz Modern.az-ın redaksiyasında olub. Modern.az xəbər verir ki, görüş zamanı baş redaktor Elşad Eyvazlı ilə Hamid Karadeniz mətbuatla bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan mediasının bugünki vəziyyəti, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da inkişaf etdirilməsi istiqamətində medianın rolu müzakirə olunub. Hamid Karadeniz qeyd edib ki, bu gün Azərbaycan mediasının rəhbərləri istedadlı və düşnücəli insanlardır.
“Sadəcə bunu faydalı hala gətirmək baxımından iqtisadi, texnoloji yeniliklərə ehtiyac var ki, bu da zamanla həll olunacaq”. Azərbaycan mediasını hər gün izlədiyini qeyd edən mətbuat müşaviri bildirib ki, bu gün Azərbaycan mətbuatının yazdıqlarının Azərbaycan insanına nə qədər faydalı olacağı da müzakirə mövzusu olmalıdır: “Hər gün mətbuatı, saytları, televiziyaları izləyirik, lakin bunların Azərbaycan xalqına çatdırığı informasiyanın nə qədər faydalı olduğunu hələlik bilmirəm. Bunu da zamanla araşdırmalarım nəticəsində öyrənəcəm”.
Görüş zamanı Hamid Karadeniz Azərbaycanda 52-ci gününü qeyd etdiyini bildirib.
Aytən ƏLİYEVA