Minifutbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Modern.az xəbər verir ki, yığmamız BƏƏ-də keçirilən dünya çempionatında 1/8 final matçına çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda Portuqaliya ilə görüşəcək. Qrup mərhələsini lider başa vuran Azərbaycan minifutbolçuları 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. Keçirdiyi üç oyunda qələbə qazanan yığmamız seriyasını 4-ə çatdırmaq üçün meydana çıxacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin Azərbaycan – Portuqaliya matçı bu gün saat 18:30-da baş tutacaq.
Dünya çempionatı
1/8 final
1 noyabr
18:30. Azərbaycan - Portuqaliya