Modern.az

Nənənin küçəyə atdığı azyaşlıların vəziyyəti orta-ağırdır

Nənənin küçəyə atdığı azyaşlıların vəziyyəti orta-ağırdır

Hadisə

1 Noyabr 2023, 15:12

Gəncədə nənələri tərəfindən küçəyə atılmış Cəlilova Mələk Həsən qızı (16.06.2023) və Cəlilov Miryusif Həsən oğlu (05.04.2021) oktyabrın 26-da Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib.

 

O qeyd edib ki, azyaşlı bacı-qardaşa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunub:

 

"Onların vəziyyəti orta-ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu