Modern.az

Arif Hacılının oğlunun ittihamları məlum oldu: Cinayət Məcəlləsinin...

Arif Hacılının oğlunun ittihamları məlum oldu: Cinayət Məcəlləsinin...

Ölkə

1 Noyabr 2023, 15:38

Ötən gün saxlanılan Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.

 

O. Hacılı barəsində hələ ki, qətimkan tədbiri seçilməyib.

 

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama