Xaçmaz rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuları polkovnik-leytenant Vüsal Rüstəmovun və MAXE Ceyhun Şıxəliyevin 40 mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimlərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və içtimayyət nümayəndələri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrələri açılıb.
Mərasimlərdə qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq salnaməsinə imza atan Şəhidlərimizin adını uca tutmaq, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.