Modern.az

Göyçay sakinlərindən 12 ov tüfəngi götürüldü

Göyçay sakinlərindən 12 ov tüfəngi götürüldü

Aktual

1 Noyabr 2023, 17:57

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə cari il ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 12 ədəd müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı