Goranboyda pambıq istehsalında uğurlu nəticə gözlənilir.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə “Goran–Cotton” MMC-nin Dəliməmmədli şəhəri ərazisində fəaliyyət göstərən pambıq qəbulu məntəqəsində olub.
İcra başçısı burada, tədarük edilən pambıq tayalarına baxış keçirdi, pambığın saxlanılma vəziyyəti ilə yaxından tanış oldu və bu sahədə görüləcək müvafiq işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirib. Hazırda rayonda fəaliyyət göstərən 3 pambıq tədarükü məntəqələri üzrə 01.11.2023-cü il tarixə, ümumilikdə 2600 tona yaxın pambıq tədarük edilib.
Pambıq yığımı uğurla davam etdirilir. Məlumat üçün bildiririk ki, rayon ərazisində “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya” MMC və “Goran–Cotton” MMC tərəfindən, cari məhsul ilində ümumilikdə 1539,8 hektar sahədə pambıq becərilib.