Modern.az

Bu tarixdə ölkəyə mövsümi qrip vaksinləri gətiriləcək

Bu tarixdə ölkəyə mövsümi qrip vaksinləri gətiriləcək

Aktual

2 Noyabr 2023, 11:52

Qarşıdakı bir-iki gün ərzində Azərbaycana mövsümi qrip vaksinləri gətiriləcək.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

 

Nazirin sözlərinə görə, növbəti həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq.

 

Teymur Musayev vaksinlərin 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı