Modern.az

Nazirdən ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA: Görülən tədbirlər nəticəsində...

Nazirdən ərzaq qiymətləri ilə bağlı AÇIQLAMA: Görülən tədbirlər nəticəsində...

2 Noyabr 2023, 11:58

Müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

O qeyd edib ki, dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir: "Bu risklər fonunda Beynəlxalq Valyuta Fondu cari ilin oktyabr hesabatında qlobal iqtisadi artımı 2023-cü il üzrə 3 faiz, 2024-cü il üzrə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırılıb".

 

Nazir cari ildə qeyri-neft qaz sektorunun bütün sahələrində artım qeydə alındığını vurğulayıb.


"Qeyri-neft qaz sektorunda istehsalın artımına sənaye zonalarının istehsalı müsbət təsir göstərir. Cari ildə qeyri-neft qaz ixracında 11 faiz artım müşahidə edilib", - Mikayıl Cabbarov vurğulayıb.

 

Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub: “Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsini müşahidə edirik”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi