Modern.az

İş yerlərinin yalnız sayı deyil, keyfiyyəti də artırılmalıdır

İş yerlərinin yalnız sayı deyil, keyfiyyəti də artırılmalıdır

2 Noyabr 2023, 12:20

İşsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 112 % icra edilib. Əməkhaqları üzrə aparılmış islahatlar sahəsində son 4 il 9 ay müddətində 304 mindən çox yeni əmək müqavilələri bağlanıb. Şəffaflaşma proseslərinə geniş yer verilir. Pandemiya dövrü də daxil olmaqla, biz ildə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradırıq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Nazir bildirib ki, yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır: “Bu ölkədə istər orta əməkhaqqının, istərsə də iqtisadiyyatın inkişafı üçün vacib amildir. Eyni zamanda ölkədə əmək bazarının yaxşılaşdırılmasını şərtləndirir’.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi