Modern.az

Keçmiş məhkumlar 20 min manatlıq armatur oğurladı

Keçmiş məhkumlar 20 min manatlıq armatur oğurladı

Aktual

2 Noyabr 2023, 14:18

Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20.000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı