Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
***
Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, yubiley görüşü “Türk Əsri” çağırışı altında keçirilir.
Dövlət və hökumət başçıları çoxtərəfli əməkdaşlığın əsas aspektlərini, regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələri müzakirə edəcəklər.
Toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək. Sammitin yekununda Astana Aktı və Astana Sammiti Bəyannaməsi imzalanacaq.
Zirvə Görüşündən sonra TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi üzv statusunda təmsil olunurlar.