Modern.az

İTV-də daha iki dəyişiklik: baş direktor müavini və xəbər müdiri işdən çıxarıldı

İTV-də daha iki dəyişiklik: baş direktor müavini və xəbər müdiri işdən çıxarıldı

3 Sentyabr 2013, 14:13
İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində daha iki istefa baş verib. Şirkətdən Lent.az-a verilən məlumata görə, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov işdən çıxarılıb. 
İTV-nin Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da vəzifəsindən azad olunub.  Hər iki vəzifəyə hələlik təyinat olmayıb.

Məlumata görə, bu gün İTV-nin Yayım Şurasının iclası çağırılıb. İclasda yeni təyinatlar olacağı gözlənilir. 

Qeyd edək ki, O. Bayramov İTV-nin direktor müavini vəzifəsinə yeni təyinat almışdı. O, buna qədər “Azərtac”ın Türkiyə bürosunun rəhbəri vəzifəsində çalışmışdı.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi