Modern.az

HƏMAS girovlarla bağlı İsraillə kompromisə hazırdır

HƏMAS girovlarla bağlı İsraillə kompromisə hazırdır

3 Noyabr 2023, 16:09

HƏMAS girovlarla bağlı İsraillə “tam kompromis”ə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu HƏMAS radikal hərəkatının Siyasi Bürosunun üzvü Qazi Həməd deyib.

 

Onun sözlərinə görə, HƏMAS hərbi əsirləri İsrail həbsxanalarındakı hərəkat nümayəndələri ilə dəyişməyə hazırdır, digər variantlar nəzərdən keçirilmir.

 

“Biz bu insanların evlərinə qayıtmasını istəyirik. Üstəlik, məhbuslarımızın indi evlərinə getmələrini istəyirik. Ona görə də hesab edirəm ki, indi biz tam kompromisə hazırıq, bütün girovların - həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsinə və bütün məhbusların İsraildəki təcridxanalardan azad edilməsinə dair sazişin bağlanmasına hazırıq”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi