Modern.az

Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq - Tarix açıqlandı 

Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq - Tarix açıqlandı 

Aktual

3 Noyabr 2023, 20:09

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.

 

Toplantının gələn il keçirilməsi planlaşdırılır.

 

"Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər", - Bəyanatda vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı