Modern.az

Mark Zukerberq əməliyyat olundu

Mark Zukerberq əməliyyat olundu

Aktual

4 Noyabr 2023, 07:24

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, Zukerberq xəstəxanadan fotosunu paylaşıb.

 

Zukerberq cümə günü “İnstaqram” səhifəsində yazıb: "Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”.

 

O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün (Tesla və X sosial şəbəkəsinin sahibi İlon Maskla – red.) təxirə salınacağını əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı