Modern.az

Vətən müharibəsinin xronikası - Döyüşlərin 38-ci günü

Vətən müharibəsinin xronikası - Döyüşlərin 38-ci günü

Aktual

4 Noyabr 2023, 08:36

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

 

- Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.

 

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

 

- Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutub. Ermənistan Tovuz və Ağstafa istiqamətində atəşkəs rejimini pozub.

 

- Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayılıb. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edilib.

 

- Düşmən Tərtəri atəşə tutub. Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı