Milli Məclisdı “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilir.
Modern.az xəbər verir ki, dinləmə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə keçirilir.
İclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva və digər şəxslər iştirak edir.