Modern.az

Minalar insanların rifahı və sosial inkişafına ciddi təsir edir - ANAMA

Minalar insanların rifahı və sosial inkişafına ciddi təsir edir - ANAMA

4 Noyabr 2023, 10:42

Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. 


“Gizli ölüm toxumları insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı həm də bizi əhatə edən ekosistemə zərər vurmaqla həm ətraf mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir edir. Ərazilərimizin işğalı dövründə təmiz ekosistemlə zəngin, ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə deməkdir”, - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI