Modern.az

Mina təhlükəsi davamlı inkişafa maneə törədir - BMT rəsmisi

Mina təhlükəsi davamlı inkişafa maneə törədir - BMT rəsmisi

Aktual

4 Noyabr 2023, 11:03

“Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır. Vətən müharibəsindən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib”.

 

Modern.az xəbər verir ki, bunu “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.

 

“Dünən Tərtərdə bir nəfər mülki şəxs yenə minadan zərər çəkib. Bütün bunlar ürək ağrıdır. Mina təhlükəsi davamlı inkişafa, həmçinin  sülhə nail olunmasına maneçilik törədir.  Mina təhükəsi nəticəsində nəinki insanlar həyatını itirir bu təhlükə həm də torpağa, onun münbitliliyinı mənfi təsir edir. 


Bu sahədə ANAMA-nın işini yüksək qiymətləndiririk”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI