Modern.az

Hava proqnozunu öyrənmək üçün mobil tətbiq istifadəyə veriləcək

Hava proqnozunu öyrənmək üçün mobil tətbiq istifadəyə veriləcək

Aktual

4 Noyabr 2023, 11:50

Azərbaycanda hava şəraiti ilə bağlı proqnozu öyrənmək üçün “Meteo az” mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Modern.az bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. “Meteo az”ın həm "Android", həm də iOS platformaları üzərindən fəaliyyət göstərəcək versiyaları hazırlanacaq. Hava proqnozlarına dair açıq məlumat servisinin, eləcə də “Rəqəmsal Ekologiya Vahid İnformasiya Sistemi”nin ”Meteoroloji Məlumatlar” modulunun hazırlanması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı