Modern.az

"Minaların təmizlənməsi üçün 1,5 milyard vəsait sərf edəcəyik"

Aktual

4 Noyabr 2023, 11:58

“Əgər beynəlxalq təşkilatlar Azərbaycana kömək etməsə, biz ərazilərimizin minadan təmizlənməsinə 30 il və təxminən 1,5 milyard manatdan çox dövlət büdcəsi vəsaiti sərf edəcəyik. 2024-cü ilin dövlət büdcəsində bu məqsəd üçün 51 mln manat vəsait ayrılır. Ərazilərin minalardan tam təmizlənməsinə isə beynəlxalq ekspertlərin hesablamalarına görə 25 mlrd dollar vəait tələb ediləcək”. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 
 
"Hesablamalara görə, ərazilərimizin minadan çirkənləməsi ÜDM-in bir il ərzində azı 1 milyard manata yaxın itki ilə üzləşməsi deməkdir. Hətta sülh müqaviləsi imzalasaq da, hər bir minanın partlaması cəmiyyət daxilində sosial və eyni zamanda mənəvi problemlər yaradır. Bu, fəlakət və faciədir. 10-15 il sonra partlayan hər bir mina Azərbaycan və Ermənistan arasında etimad mühitini zədələyəcək", - deyə komitə sədri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI