Modern.az

Elçin Əmirbəyov İtaliya XİN müavini ilə görüşdü

Elçin Əmirbəyov İtaliya XİN müavini ilə görüşdü

Aktual

4 Noyabr 2023, 12:43

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.


Modern.az xəbər verir ki, bu barədə İtaliya XİN-in "X" hesabında məlumat verilib.


"Görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. İtaliya regionda prosesləri diqqətlə izləyir və dialoqu dəstəkləyir", - paylaşımda qeyd olunub.

 

Görüş noyabrın 3-də azərbaycanlı rəsminin İtaliyaya səfəri çərçivəsində baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı