Modern.az

"Məhərrəm və Siracın övladlarının gözünün içinə baxa bilmirəm"

Aktual

4 Noyabr 2023, 12:46

“2021-ci ildə Kəlbəcərdə Az TV-nin və AZƏRTAC-ın əməkdaşları minaya düşərək həyatlarını itirdilər. Halbuki onlar öz dinc peşələrini, jurnalistlik fəaliyyətlərini yerinə yetirirdilər. Nəyə görə indiyədək BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkiatlar bu məsələni hüquqi müstəviyə qaldırmayıb?”.

 
Modern.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Milli Məclisdə keçirilən ictimai dinləmədə bildirib.

 

“Məhərrəm İbrahimov və Sirac Abışovun övladlarının gözünün içinə baxa bilmirəm. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə müsahibə verdiyi kütləvi informasiya vasitələri dövlətimizin başçısına şantaj xarakterli müxtəlif suallar ünvanlayırdılar.  Amma biz qarşılaşdığımız haqsızlıqlarla, itirilən həyatlarla bağlı suallarımıza cavab tapa bilmirik.  

 

Biz Qarabağımızı yenidə qururuq. Bu fakt kimin dağıdıcı və qurucu olduğunu ortaya qoyur”, - deyə R.Məmmədov vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI