Modern.az

Hələ də saxta yollarla pensiyaya çıxanlar var? - RƏSMİ

Hələ də saxta yollarla pensiyaya çıxanlar var? - RƏSMİ

Aktual

4 Noyabr 2023, 13:22

Pensiya təyinatı zamanı korrupsiya və bürokratik süründürməçilik halları tamamilə aradan qalxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Trend"ə bildirilib.

 

Qeyd edilib ki, son beş ildə pensiya sistemində aparılan təkmilləşdirmələr, yalnız hüququ çatan şəxslərin təminatı istiqamətində çox ciddi addımlar atılıb.

 

"Eyni zamanda, gələcəkdə bu istiqamətdə neqativ halların təkrarlanmaması üçün preventiv tədbir kimi, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi çərçivəsində vətəndaşlara pensiya təminatı sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasına başlanIB. Keçən dövr ərzində Nazirlik tərəfindən göstərilən xidmətlərin 90 faizi elektronlaşdırılıb. Bütün bunlar isə pensiya təyinatı zamanı məmur-vətəndaş təmasını minimuma endirib, beləliklə də neqativ hallar, o cümlədən korrupsiya və bürokratik süründürməçilik halları tamamilə aradan qalxıb", - deyə əlavə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı