Modern.az

Pensiyalar gələn il bu qədər ARTACAQ - RƏSMİ

Pensiyalar gələn il bu qədər ARTACAQ - RƏSMİ

4 Noyabr 2023, 14:18

Gələn il pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

"Cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8% və 49,3 % olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək", - o qeyd edib.

 

Musa Quliyev vurğulayıb ki, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI