Yaşayış minimumu və ehtiyac meyarının bərabər tutulması gələn il də davam edəcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, bu tendensiya artıq davam edəcək.
"Sosial sığorta haqqında qanun”un 4-cü maddəsinə dəyişiklik ediləcək. Bu, sığortaolunanların seçim imkanlarının dəqiqləşdirilməsinə kömək edəcək. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişik də pozitiv dəyişiklikdir”, - komitə sədri qeyd edib.