Yaxın dörd ildə DSMF-nin vəsaitləri xeyli artacaq.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Tahir Mirkişili bildirib.
“Milli Məclisə təqdim olunmuş növbəti üç il ərzində proqnoz göstəricilərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə balanslaşma məqsədilə köçürülən pulun həcminin kəskin surətdə artması gözlənilir. Bu da o deməkdir ki, 2025-2026-2027-ci illərdə Fondun vəsaitlərinin həcmi xeyli artacaq. Bu da əhalinin sosial vəziyyətində, pensiya təminatlarının artırılmasında və vəsaitlərdən istifadədə geniş imkanalar yaradacaq”, - o bildirib.