"Bu gün Dövlət Sosial Müdafiə Fondunun büdcəsində dövlət büdcəsindən ödənilən vəsaitin həcmi cəmi 20 faiz təşkil edəcək”.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“80 faiz sosial sığorta haqları hesabına yığılan vəsaitdir. Bu da DSMF-nin müstəqilliyi, maliyyə dayanıqlığı və gələcək inkişafı baxımından çox önəmlidir.
Bu transfert heç də dövlət büdcəsinin əlavə deyil. Aparılmış saxta və əsassız ödənişlərin qarşısının alınması ilə bağlı görülmüş işlər bizə imkan verir ki, dövlət büdcəsindən vəsaitin 100 faizini transfert kimi köçürməyək, yalnız yarısını köçürək”.