Son 5 ildə işəgötürən 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bunun da 70 %-i son iki ilin payına düşüb. Növbəti dövrlərdə bu say daha da artacaq. İşsizlikdən sığorta alanların staj müddəti azaldılır. Cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək. Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq”.