Modern.az

Pensiya xərclərinin ÜDM-ə nisbəti ARTIB

Pensiya xərclərinin ÜDM-ə nisbəti ARTIB

4 Noyabr 2023, 15:08

Azərbaycanda 2024-cü il üzrə pensiya xərclərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 5,5 % olacaq.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

O qeyd edib ki, ötən il bu rəqəm 3,7 % idi. Son illərdə aparılan islahatlar bu faizi artırıb.

 

"Türkiyədə bu rəqəm təxminən 10 %, Avropa Birliyində 13 %-dir. Bütövlükdə bu istiqaqmtdə aparılan islahatlar sonda bizdə bu hədəfə çatmağa imkan verməlidir. Azərbaycanda məcburi dövlət sığorta haqlarının əhalinin gəlirlərinə nisbəti cəmi 6,2 %-dir. Bu, o deməkdir ki, əhalinin bir ildə əldə etdiyi gəlirin yalnız 6,2 %-i məcburi dövlət sığorta haqlarına ödənilir. Ölkəmizdə pensiyaçıların sayı məşğul əhalinin təxminən 20 %-nə yaxındır. Bu, o deməkdir ki, 20 % məşğul əhalinin pensiyaçılarına əhalinin cəmi 6,2 %-i gəlirlərindən pul xərcləyir. Hesab edirəm ki, bu istiqamətdə şəffaflığı artırmaqla ən azı əhalinin nominal gəlirlərinin təxminən 10 %-ə yaxını məcburi dövlət sığorta haqları kimi formalaşmalıdır. Bu zaman DSMF-nin gəlirləri artacaq və digər rəqəmlərə də nail olmaq mümkün olacaq”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI