Modern.az

Rayonlarda işsizliklə bağlı vəziyyət gərgindir - Deputat

Rayonlarda işsizliklə bağlı vəziyyət gərgindir - Deputat

Parlament

4 Noyabr 2023, 15:54

"Rayonlarda işsizliklə bağlı vəziyyət kifayət qədər gərgindir”. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

“Heç də hamı aldığı aktivləri sona çatdırmaq üçün fəaliyyət göstərmir. Sizdə elə rəqəmlər varmı ki, verdiyiniz aktivlərin neçə hissəsi aidiyyəti üzrə istifadə olunur? Misal olaraq, kim ona verilən heyvanı kəsir və bununla da sahibkarlıq bitir. Təklif edirəm ki, bank sistemi ilə əlaqə quraraq aktivlərdən yaxşı yararlananlara aşağı faizlə kreditlər verilsin. Bunu aradan qaldırmaq üçün xeyli iş görmək lazımdır”, - o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI