Modern.az

516 manat pensiyaya az demək olmaz - Sahil Babayev

516 manat pensiyaya az demək olmaz - Sahil Babayev

Aktual

4 Noyabr 2023, 16:56

“Gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib”.

 

Modern.az xəbər verir ki, belə bir fikirlə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

 

"Bu rəqəmə Azərbaycan üçün az demək olmaz. Qeyd edim ki, statistikaya görə, Azərbaycan minimum pensiyaya görə minimum əməkhaqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə birinci və ya ikinci yerdədir. Biz bildiririk ki, regiona görə heç də az deyil, amma arzulolunan səviyyədə olmadığını da qeyd edirik”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI