Modern.az

Daha 3 qanunsuz silah götürüldü 

Daha 3 qanunsuz silah götürüldü 

Aktual

4 Noyabr 2023, 19:08

Zaqatala sakinlərindən qanunsuz saxladıqları odlu silahlar götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.ax-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı