Modern.az

Nazirlər Bakı görüşündə nələri müzakirə etdi...

Nazirlər Bakı görüşündə nələri müzakirə etdi...

Aktual

4 Noyabr 2023, 20:23

“İkitərəfli görüşdə regiondakı vəziyyətlə bağlı müzakirələr aparılıb”.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

“Eyni zamanda son 3 il ərzində Ermənistanla ölkəmiz arasında sərhədlərin delimitasiyası və digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Görüşdə qeyd edildi ki, Azərbaycan Almaniya ilə münasibətlərin inkişaf etməsinə böyük önəm verir. Məsələn, Prezident İlham Əliyev Almaniyaya bu il iki dəfə səfər edib. Eyni zamanda Azərbaycanda 200-dən artıq alman şirkəti fəaliyyət göstərir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI