Modern.az

Fidan həmkarları ilə Qəzzanı müzakirə etdi 

Fidan həmkarları ilə Qəzzanı müzakirə etdi 

Aktual

5 Noyabr 2023, 19:38

Türkiyənin xarici işlər naziri Hakan Fidanla misirli və iordaniyalı həmkarları Sami Şükri ilə Eymen Safedi arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, telefon danışıqları Türkiyənin İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər çərçivəsində baş tutub.

 

Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılması barədə fikir mübadiləsi aparılıb.

 

Hakan Fidanın misirli həmkarı ilə telefon söhbətində bölgəyə humanitar yardımların fasiləsiz və davamlı çatdırılmasının vacibliyi vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım