Modern.az

Tokioya uçan təyyarə Bakıya endi 

Tokioya uçan təyyarə Bakıya endi 

Aktual

5 Noyabr 2023, 21:42

“Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, buna təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

 

Airbus A350 tipli hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

 

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

 

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım