Modern.az

24 yaşlı oğlan benzin tökərək özünü YANDIRDI

24 yaşlı oğlan benzin tökərək özünü YANDIRDI

Hadisə

6 Noyabr 2023, 09:12

Ağstafa sakini yanıq xəsarətləri alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. 1999-cu il təvəllüdlü Şahin Namazov bədəninin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Dərhal gənc oğlana yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Məlumata görə, Şahin Namazov üzərinə benzin tökərək özünü yandırıb. Onun hansı səbəbdən özünü yandırması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza