Modern.az

Qəzzadan neçə azərbaycanlı təxliyə edilib? - AÇIQLAMA

Qəzzadan neçə azərbaycanlı təxliyə edilib? - AÇIQLAMA

Ölkə

6 Noyabr 2023, 10:28

İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan toqquşmalarda indiyədək 8 azərbaycanlı həlak olub.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

 

"Ölənlər İsraildə yaşayan soydaşlarımız olub", - məlumatda deyilir.

 

Ayxan Hacızadə qeyd edib ki, Qəzza zolağından 8 Azərbaycan vətəndaşı təxliyə edilib.

 

Xatırladaq ki, Qəzza zolağından "Rəfah" keçid məntəqəsi vasitəsilə əcnəbi vətəndaşların təxliyəsi aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama