Modern.az

Vətəndaşlar qanunsuz silahları polisə könüllü təhvil verdi

Vətəndaşlar qanunsuz silahları polisə könüllü təhvil verdi

Aktual

6 Noyabr 2023, 10:12

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, noyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd “AK” markalı avtomat, 2 patron darağı, 1 ədəd qumbara, 3 ədəd təlim qumbara alışdırıcısı, 286 ədəd müxtəlif çaplı patron və 25 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım