Modern.az

Gürcüstan kurortlarında daşınmaz əmlak QİYMƏTLƏRİ

Gürcüstan kurortlarında daşınmaz əmlak QİYMƏTLƏRİ

6 Noyabr 2023, 10:32

Gürcüstanın qış kurortlarında daşınmaz əmlak bazarında dəyişikliklər baş verib. 

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Galt & Taggart" investisiya şirkətinin son məlumatları dərc olunub.

 

Belə ki, Bakurianidə 2023-cü ilin üçüncü rübündə mənzillərə tələbat 2022-ci illə müqayisədə 34.9%, Qudauridə isə 14.8% azalıb. İyulun 1-dən sentyabrın 30-dək Bakurianidə 233, Qudauridə isə 98 mənzil satılıb.

 

2023-cü ilin ikinci rübü ilə müqayisədə Bakurianidə mənzil satışının həcmi 11.5%, Qudauridə isə 30.7% artıb. Bakurianidə 1 kvadrat metr sahə 801-1.2 min dollar, Qudauridə 1.2-1.8 min dollardır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi