“Vergi məcəlləsində əsas dəyişikliklər maliyyə, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirilib.
“Bununla da təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə 121,5 milyon manat gəlir, 79,5 milyon manat itki, ümumilikdə isə 42 milyon manat büdcə daxilolmaları gözlənilir”, - deyə o bildirib.