Modern.az

Fiziki şəxslərin faiz gəlirləri vergidən azad ediləcək  

Fiziki şəxslərin faiz gəlirləri vergidən azad ediləcək  

İqtisadiyyat

6 Noyabr 2023, 11:58

Fiziki şəxslərin aylıq 200 manat həcmində əldə etdiyi faiz gəlirləri vergidən azad olacaq.

 

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. 

 

“Fiziki şəxslərin hər bir bankda olan milli valyutada olan depozitləri üzrə 18 ay və daha yüksək vaxtda yerləşdirilmələr üzrə əldə edilən faiz gəlirləri də vergidən azad olacaq. Bunun da iki hədəfi var. Həm bankların kapitalizasiyasına hədəfləyir ki, banklar biznes kreditlərinin verilməsi üçün uzunmüddətli kreditlər verir. Bundan əlavə, əmanətlərin də daha uzun müddətə cəlb edilməsinə paralellik yaradacaq. Eyni zamanda, milli valyutaya bu güzəştlərin verilməsi milli valyutaya tələbin artırılması siyasətini özündə ehtiva edir”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI