Modern.az

Deputat ünvanlı sosial yardımın verilməsinə qarşı çıxdı

Deputat ünvanlı sosial yardımın verilməsinə qarşı çıxdı

Aktual

6 Noyabr 2023, 12:52

Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik:

 

“Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım